Hörmətli xanımlar və cənablar,


Toyota markasına sadiq qaldığınız üçün sizə öz minnətdarlığımızı bildiririk və ümid edirik ki sükan arxasında olarkən siz Toyota avtomobilini sürməkdən həzz alırsınız.


Bildiyiniz kimi, Toyota istehsal olunan avtomobillərin keyfiyyətinə xüsusi diqqət yetirir. Satışdan sonra biz həmdə daim avtomobillərin istismar zamanı özlərini necə apardığını qiymətləndiririk. Zaman -zaman avtomobillərin ayrı-ayrı komponentlərinin və xarakteristikalarının Toyota-nın yüksək keyfiyyətli standartlarına uyğun olmadığı hallarla rastlaşırıq.


Məmnunluğun və müştərilərin təhlükəsizliyini hər şeydən üstün tutaraq, Toyota yoxlanış üçün Xüsusi Servis Kampaniyaları keçirir və lazım olduğu təqdirdə avtomobilin ayrı-ayrı hissələrinin dəyişdirilməsini yerinə yetirir.


Avtomobilin 17 rəqəmli identifikasiya nömrəsini (VİN) aşağıda göstərilən formaya əlavə etdikdən sonra siz avtomobilinizin hər hansı bir Xüsusi Servis Kampaniyasında iştirak edib etməməsini öyrənə bilərsiniz. Müsbət nəticə çıxdığı halda siz dərhal kampaniyanın yerini yetirilməsi üçün yerləşdiyiniz regiondakı rəsmi Toyota mərkəzinə müraciət edin.


Texniki servis mərkəzində avtomobiliniz üçün pulsuz yoxlanış keçiriləcək və lazim olduğu təqdirdə ayrı-ayrı hissələrin dəyişilməsi yerinə yetiriləcəkdir.


Sizdən artıq dərəcədə xahişimiz avtomobiliniz üzərində tələb olunan işlərin yerinə yetirilməsi üçün olan müraciətimizi diqqətdən kənar qoymamağınızdır.


İcazə verin Toyota avtomobilini seçdiyiniz üçün sizə bir daha öz minnətdarlığımızı bildirək.